İtaliyanın “Breşiya” klubunun formasını geyinən Mario Balotelli komandasını dəyişmək fikrinə düşüb.
Lent.az-ın məlumatına görə, 29 yaşlı qalmaqallı futbolçu Türkiyəyə köçmək istəyir.
Məsələ burasındadır ki, “Supermario” hazırkı komandasının durumundan narazıdır. O, A Seriyasında turnir cədvəlinin sonlarında qərarlaşmaqlarını qəbul edə bilmir. Bu səbəbdən təcrübəli forvard xidmətində maraqlı olan “Qalatasaray”la müqavilə imzalağa razıdır. Keçidin qış “transfer pəncərəsi”ndə reallaşmaq ehtimalı böyükdür.
Qeyd edək ki, karyerası ərzində “İnter”, “Mançester Siti”, “Milan”, “Liverpul”, “Nitsa” və “Marsel” klublarının da formasını geyinmiş Mario Balotelli “Breşiya”ya ötən il keçib. Onun komandası İtaliya çempionatında hazırda 18-ci yerdə qərarlaşıb.